Watch Son dəqiqə! 30 06 2019 Təcili xəbər! Yenilənib. Son Xəbərlər! Aktual xəbərlər in New Channel | Channify
Azərbaycanca 2751600 4ri-6n0D0YsAdd More Videos To your Channel
Əli Nağıyevin əvvəlki vəzifəsinə - TƏYİNAT Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub. Oxu.Az -ın məlumatına görə, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Fuad Rəsulov təyinat alıb. F.Rəsulov bundan əvvəl İdarənin Əməliyyat təminatı şöbəsinin rəisi işləyib. Əmanətlər üzrə faiz dərəcələri aşağı endirildi Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edib. Bu barədə ADIF məlumat yayıb. Bildirilir ki, 1 iyul 2019-cu il tarixinədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edir və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır Şəhid hərbçimizin medalı atasına təqdim edildi - FOTO Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü, Gədəbəy rayonunun Köhnəqışlaq kənd sakini Xəlilov Elşən Vüqar oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Oxu.Az -ın bölgə müxbirinin verdiyi məlumata görə, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani və Gədəbəy Rayon İcra Hakmiyyətinin başçısı İbrahim Mustafeyev medalı şəhidin atası Vüqar Xəlilova təqdim edib. Vilayət Eyvazovun general-polkovnik rütbəsində ilk fotosu Xəbər verdiyimiz kimi, iyunun 27-də Prezident İlham Əliyev Daxili İşlər naziri Vilayət Eyvazova general-polkovnik rütbəsi verilib. Bu gün Daxili İşlər Nazirliyinin rəsmi “Facebook” hesabında Daxili İşlər nazirinin general-polkovnik rütbəsində ilk foto su yayılıb. Həmin fotonu təqdim edirik: Tanınmış meyxanaçı Rusiyada ağır qəzaya düşdü - VİDEO Məşhur meyxanaçı Mehman Əhmədli Rusiyanın Sankt-Peterburq şəhərində qəzaya düşüb. Qəzadan görüntülər sosial şəbəkələrdə yayılıb. Meyxanaçının yaxın dostları məlumatı Oxu.Az -a təsdiqləyib. Bildirib ki, vəziyyəti qənaətbəxşdir: “Mehman ağır qəza keçirtsə də, vəziyyəti qənaətbəxşdir. O, başından zərbə alıb və dərhal xəstəxanaya çatdırılıb. Ona orada ilkin tibbi yardım göstərilib. Hazırda Mehman oteldə dincəlir”. #xəbər #haber #azerbaijan #türkiye #fakt #facts #xəbərlər #xeberler #haberler #news #haber #azerbaijan #turkey #fakt #facts #новости #Хабер #Азербайджан #Турция #Факт #Факты #Россия #xəbər #haber #azerbaijan #türkiye #fakt #facts #xəbərlər #xeberler #haberler #football #idman #messi #realmadrid #barcolona